Dünya

“Britaniya Ukrayna pilotlarının hazırlıq proqramını genişləndirəcək…”

“Britaniya Ukrayna pilotlarının hazırlıq proqramını genişləndirəcək…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Səfər zamanı Böyük Britaniya Kiyevə uzaqvuran silah tədarükü barədə elan edəcək…”
“Son altı ayda Böyük Britaniyada 10 min ukraynalı hərbi qulluqçu döyüş hazırlığı keçib, daha 20 min hərbçinin hazırlığı planlaşdırılır…”
Ukrayna prezidenti Vladimir Zelenski bu gün Böyük Britaniyaya səfər edəcək.
7Times.az  xəbər verir ki, bu barədə “The Telehraph” nəşri məlumat yayıb.
Səfər çərçivəsində Ukrayna prezidenti Böyük Britaniyanın baş nazir Rişi Sunakla görüşəcək, həmçinin Böyük Britaniyada hazırlıq keçən ukraynalı hərbçiləri ziyarət edəcək.
Məlumata görə, Ukrayna lideri həmçinin müdafiə naziri Ben Uolles və nazirliyin digər yüksək vəzifəli məmurları ilə görüşəcək.
Qeyd edilir ki, bu gün Rişi Sunak ukraynalı hərbçilərə təlim proqramının genişləndirilməsi və Kiyevə silah tədarükü barəsində elan edəcək.
Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra Zelenskinin Böyük Britaniyaya ilk səfəridir.
Xatırladaq ki, baş nazir Rişi Sunak 19 noyabr 2022-ci ildə Kiyevə səfər edərək, prezident Vadimir Zelenski ilə görüşüb. Bu, onun baş nazir statusunda ilk səfəri olub.
O zaman Sunak bəyan edib ki, Britaniya Ukraynaya 120 xüsusi zenit topları və radiolokasiya stansiyaları göndərəcək. Həmçinin ukraynalı hərbçilər üçün qış ləvazimatları ilə yardım edəcək və humanitar yardım göstərəcək. Bundan başqa, Britaniya ukraynalı hərbçilər, tibb işçiləri və mühəndislər üçün təlim proqramlarını genişləndirəcək.
Böyük Britaniyanın baş naziri Zelenskinin səfəri zamanı Ukraynanın qırıcı təyyarələr pilotlarının və dəniz piyadalarının hazırlıq proqramının genişləndirilməsi, habelə Kiyevə uzaqvuran silahın tədarükü barədə elan edəcək.
“The Guardian” nəşrinin yazdığına görə, Böyük Britaniya həmçinin Rusiya Federasiyasına qarşı, o cümlədən Kreml diktatoruna öz sərvətini artırmağa kömək edənlərə, müharibədən gəlir əldə edən şirkətlərə qarşı yeni sanksiyalar paketi elan edə bilər.
Ukrayna hərbi qulluqçularının hazlırlığına gəldikdə, nəşrin məlumatına görə, bu hazırlıq pilotlara NATO standartlarına uyğun olan müasir qırıcı təyyarələrin idarə edilməsinə imkan verəcəkdir.
Həmçinin qeyd edilir ki, Böyük Britaniyada son altı ayda fəaliyyət göstərən hərbçilərin hazırlıq proqramı çərçivəsində 10 min ukraynalı hərbi qulluqçu döyüş hazırlığı səviyyəsinə çatdırılıb, daha 20 min ukraynalı hərbçilərin hazırlığı planlaşdırılır.