Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynanın müdafiəsi üzrə əlaqə qrupunun iclasında tərəfdaş ölkələri Kiyevə hərbi dəstəyi artırmağa çağıracaq.
“7Times.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, C.Hili öz çıxışında qrup üzvlərini 50 gün müddətində Ukraynanı silahlandırmaq üçün kampaniya təşkil etməyə çağıracaq və ABŞ Prezidenti Donald Trampın təklifini dəstəkləyəcək.
Qeyd edək ki, D.Tramp iyulun 14-də Moskva və Vaşinqton 50 gün ərzində Ukraynada nizamlanma ilə bağlı razılığa gəlməsə, Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ilə hədələmişdi.
Həmçinin bildirilib ki, görüşdə Almaniya və Britaniya Berlindən 170 milyon avro məbləğində maliyyələşdirmədən istifadə edərək hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin alınması barədə razılığa gələ bilərlər.
Follow @7timesaz