Dünya

“Britaniya və Ukrayna kəşfiyyatları “Türk axını”na təxribat hazırlayır” – Bortnikov

“Britaniya və Ukrayna kəşfiyyatları “Türk axını”na təxribat hazırlayır” – Bortnikovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Britaniya və Ukrayna kəşfiyyat xidmətlərinin “Türk axını” qaz kəmərinə qarşı təxribat hücumları hazırlaması barədə məlumatlar var.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, ingilislər Ukrayna xüsusi xidmət orqanları ilə birlikdə “Türk axını” qaz kəmərinə qarşı təxribat hücumları hazırlayır.

“Bundan əlavə, Britaniya Ordusunun SAS xüsusi təyinatlıları və Britaniya kəşfiyyat agentliyi MI6-nın təlimatçıları səhmdarları Rusiya, Qazaxıstan və ABŞ şirkətlərinin də olduğu Xəzər Boru Kəməri Konsorsiumuna qarşı bir sıra dron zərbələri planlaşdırıblar”, – FTX rəhbəri qeyd edib.