Ukraynada müharibə uzun müddət davam edə bilər, lakin Qərb Kiyevi nə qədər lazımdırsa, dəstəkləməyə hazır olmalıdır.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “The Times” qəzetinə müsahibəsində bildirib.
“Ukraynada dərhal həlledici nəticənin olacağına zəmanət yoxdur. Bunu dərk etməliyik”, – nazir deyib.
İyunun 21-də Londonda start götürəcək Ukraynanın bərpası üzrə ikinci konfransdan danışan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu, ölkənin gələcək bərpası baxımından vacibdir:
“Onlara (ukraynalılar – red.) bunun üçün pul lazım olacaq. Məsələ qısa, orta və uzunmüddətli perspektivdə vəsaitlərin haradan əldə ediləcəyini müzakirə etməkdir”.
Follow @7timesaz