Dünya

Britaniyadakı italyan restoranları pomidordan imtina ediblər

Britaniyadakı italyan restoranları pomidordan imtina ediblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada fəaliyyət göstərən italyan restoranları pomidordan imtina ediblər.

Bu, ənənəvi məhsulun qıtlığı və ümumiyyətlə, bahalaşma fonunda baş verib.

İtalyanlar britaniyalıları pomidorsuz makaron və pizza hazırlaşmağa çağırıblar. Bildirilib ki, ölkə üzrə italyan mətbəxi üzrə ixtisaslaşmış restoranlar pomidordan istifadəni məcburi olaraq məhdudlaşdırıblar. Bəzi hallarda pomidor pastası menyudan çıxarılıb.

Həmçinin, italyan restoranları digər məhsulların qiymətlərini də qaldırmalı olublar.

İngiltərədəki İtalyan Aşpazlar Federasiyasının məlumatına görə, pomidorun qiyməti son bir ildə dörd dəfə artıb. Əvvəllər bir yeşiyi 5 funt (təxminən 10 manat) olan tərəvəz, hazırda yeşiyi 20 funta (təxminən 40 manata) satılır.