Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu həftə İsveçə səfər edəcək.
7Times.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti yazıb.
Qeyd olunub ki, siyasətçi Skandinaviya ölkəsinin NATO-ya daxil olmasını dəstəkləməyə davam edəcək.
Kleverli isveçli həmkarı Tobias Billström və İsveçin müdafiə naziri Paul Yonson ilə görüşərək Avropanın təhlükəsizliyini və iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasını, o cümlədən birgə təlimləri müzakirə edəcək.
Görüş Baltik dənizindəki Qotland adasında baş tutacaq.
Follow @7timesaz