Dünya

Britaniyanın yeni baş naziri milyarder qayınatasına görə hədəfdə – Putinlə əlaqələri var

Britaniyanın yeni baş naziri milyarder qayınatasına görə hədəfdə – Putinlə əlaqələri varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak dünəndən vəzifəsinin icrasına başlayıb. O, oktyabrın 25-də Londonda Bukinqem sarayında Kral III Çarlzla görüşüb və ənənəyə əsasən, monarx görüşdə Baş nazirə hökuməti qurmağı tapşırıb.

7Times.az  bildirir ki, yeni baş nazirlə bağlı maraqlı informasiyalar isə hələ də müzakirə mövzusudur. Bunlardan biri də Sunakın milyarder qaynatası ilə bağlıdır. Öncə qeyd edək ki, o, “Infosys” texnologiya şirkətini quran hindli milyarder NR Narayana Murtinin qızı Akşata Murti ilə evlidir.

Maraqlısı odur ki, “Infosys” şirkətinin Rusiya ilə güclü tarixi əlaqələri var. Şirkət Vladimir Putinin Ukraynaya hücumuna baxmayaraq, Moskvada mövcudluğunu davam etdirib. Məhz bu səbəbdən yeni baş nazirin “Infosys” vasitəsilə Putin rejimindən qazanc əldə etdiyi iddia olunur.

Şirkətin qurulması…

Tarix 1981-ci il, NR Narayana Murti və altı mühəndis dostu onun mənzilinə yığışıb. Onlar proqram kodları yazmaq üçün necə bir şirkət yarada biləcəklərini müzakirə etdikdən sonra “Infosys” şirkətini qurublar. Dostların kompüteri yox idi və Murti evinin bir otağından ofis kimi istifadə edirdi. Onlar şirkəti qurmaq üçün 10.000 rupi (100 funt sterlinq) borc almalı idilər. Nəhayət, çətinliklə qurulan “Infosys” şirkəti proqram təminatı infrastrukturu, konsaltinq, texnologiya və autsorsinq xidmətləri təklif etməyə başlayıb. Şirkətin gəlirləri 1999-cu ildən 2004-cü ilə qədər on dəfə artaraq 1 milyard dollara çatıb. Bu gün onun dəyəri 11 milyard dollardır. Rişi Sunakın qaynatası Murti hər zaman sadəliyi ilə seçilib. “Infosys”in ilk illərində, pulun az olduğu vaxtlarda Murti hətta beynəlxalq uçuşlarda da ekonom sinifdə səyahət edib. Yalnız şirkət 1 milyard dollar gəlir əldə etdikdən sonra o, bu adətini tərgidib.

 

Murti şirkətin siyasətinə uyğun olaraq 2011-ci ildə 65 yaşı tamam olduqdan sonra təqaüdə çıxıb, lakin idarə heyəti onun 2013-cü ildə geri dönməsinə üstünlük verib və sərvətini bərpa edib. Məhz həmin il icraçı sədr kimi Harvarddan elmlər namizədi olan oğlu Rohanı “Infosys”ə gətirib və qohumbazlıq iddiaları ilə ciddi tənqidlərə məruz qalıb. 2014-cü ildə Murti bir il sonra yenidən təqaüdə çıxanda Rohan da gedib. Bununla belə,”İnfosys”in son illik hesablarına görə, qızı (Sunakın həyat yoldaşı) şirkətin yüzlərlə milyon funt sterlinq dəyərində olan 0,91%-nə sahib olmaqda davam edir.

Milyarder qayınatanın Putinlə əlaqələri..

NR Narayana Murti Rusiyada böyük biznes payı olduğuna görə son aylarda müzakirə obyektinə çevrilib. Bəzi mütəxəssislər onun Rusiya ilə bağlı münasibətlərinin dəyişəcəyinə də inanmır. Düzdür, bir neçə ay bundan əvvəl Rişi Sunak ailəsinin şirkətlə əlaqələri barədə suala cavab verməkdən imtina etmişdi. Buna baxmayaraq, Sunakın qayınatasının vaxtilə Putinlə sıx əlaqə saxladığı da danılmaz fakt olaraq vurğulanır. Belə ki, 2004-cü ildə Putin “Infosys”in Banqalordakı qərargahına şəxsi səfər edib və burada milyarderlə əl sıxışarkən şəkli çəkdirib. O zaman Rusiya lideri şirkət binaları ilə tanış olmuş və “fəxri qonaqlar kitabı”na fikirlərini qeyd etmişdi: “Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm və hamınıza gələcək uğurlar arzulayıram”…

 

“Infosys” həmçinin Rusiya prezidentinin rejimi ilə əlaqələrə görə Böyük Britaniya hökuməti tərəfindən sanksiyaya məruz qalan Alfa Bankla da işləyib. “Infosys” daha əvvəl də bildirib ki, onun Rusiyadan kənarda yerləşən kiçik işçi komandası var, lakin yerli Rusiya müəssisələri ilə aktiv işgüzar əlaqələri yoxdur. Sülhü müdafiə edən şirkət, “Çətinlik dövründə “Infosys” üçün əsas prioritet cəmiyyətə dəstəyi davam etdirməkdir. Şirkət Ukraynadan gələn müharibə qurbanlarına yardım səyləri üçün 1 milyon ABŞ dolları ayırıb”, deyə bəyanat da yayıb.

Qeyd edək ki, 2012-ci ildə Bill Qeyts və Mark Zukerburqla yanaşı, NR Narayana Murti  də “Fortune” jurnalı tərəfindən “Ən böyük 12 sahibkar” siyahısına daxil edilib.Sfera.az