Maqazin

“Bu avtobusda bir toyxanalıq adam var” – “BakuBus”la bağlı SƏRT SÖZLƏR

“Bu avtobusda bir toyxanalıq adam var” – “BakuBus”la bağlı SƏRT SÖZLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu avtobusda bir toyxanalıq adam var. Yəni virus bu adamlardan qorxur deyə avtobusa daxil olmur, ya necə?”

7times.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında müğənni  Nadir Qafarzadə avtobuslardakı sıxlıq barədə yazıb.

“BakuBus” avtobusundan görüntüləri paylaşan ifaçı sərnişinlərin sıxlığından gileylənib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Qafarzadə metronun açılıb-açılmamasının onun üçün əhəmiyyət kəsb etmədiyini deyib: “Mən metrodan istifadə etmirəm, nəyimə lazımdır? Heç açılmasın. Mən ümumiyyətlə ictimai nəqliyyatdan istifadə etmirəm”.

Qeyd edək ki, yeni növ koronavirusun səbəb olduğu qaydalar və qadağalar demək olar ki, bütün dünyanın ənənəvi rejimini alt-üst edib. Hazırda ölkəmizdə də karantin rejimi davam edir. Bəzi sahələrdə yumşalmalar olsa da, hələ də metroların fəaliyyətinə icazə verilmir.