Dünya

Bu, Azərbaycan və Türkiyə arasında həmrəyliyin yeni nişanəsidir – Ərdoğan

Bu, Azərbaycan və Türkiyə arasında həmrəyliyin yeni nişanəsidir – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkiyə arasında imzalanan “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu iki ölkə arasında həmrəyliyin yeni bir nişanəsidir.

 

7Times.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinın bağlanış mərasimində çıxışı zamanı deyib.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Turkish Aerospase” (TUSAŞ) şirkəti arasında “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu imzalanıb.

 

Sənədi Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə tərəfindən isə “TUSAŞ”ın baş meneceri Temel Kotil və Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün imzalayıblar.

 

Protokola əsasən, Azərbaycan və Türkiyə milli döyüş təyyarələrinin istehsalı çərçivəsində mühəndislərin yetişdirilməsi nəzərdə tutulur.