Maqazin

“Bu boyda üzlülük, həyasızlıq görməmişdim. Niyə bunu edirdiniz?”

“Bu boyda üzlülük, həyasızlıq görməmişdim. Niyə bunu edirdiniz?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi bizə daha çox çətindir. Çünki o mədəniyyətdən, bu mədəniyyətə gəlmişik. Biz o zövqə, o səviyyəyə, o qiymətə alışmışıq deyə mən çox əziyyət çəkirəm. Nəinki mən, o illərin insanları hamısı əziyyət çəkir. Niyə? Çünki o səviyyəni görmürük. Sənətdə o qaynarlıq yoxdur. Sənətə sevgi, səbr, təmkin lazımdır. Sənətkarlara yaşından asılı olmayaraq qiymət vermək, ürəyimizdən gələn xoş sözləri demək lazımdır. Sənətkara xoş söz, alqış, sevgi bəsdir”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. O daha sonra əlavə edib.

“Tərifə inanmıram. O qədər kiminsə ünvanına yalan təriflərin şahidi olmuşam ki. O zaman təəccüblənirdim. Sonra tərifi həyatımdan sildim. Mənə obyektivlik lazımdır. Mən övladlarıma da yalandan tərif etməmişəm. Onlara dəlicəsinə olan ana münasibətim belə gözümü pərdələmir, nöqsanlarını görürəm. Görəndə də deyirəm. Ana sevgisini uşaqlıqdan bilirdim, bu hiss məndə ana olandan sonra yaranmayıb. Anamla aramızda böyük bağlılıq var idi. Təbii ki, sərt üzünü də görmüşəm, amma nöqsanları gördüyü kimi mənə deyirdi də. Bizim aramızda ancaq məhəbbət və mərdlik var idi. Azdan çoxdan millətim, xalqım məni tanıyır. Anamın xasiyyətində idim, hətta düşmənimlə belə mübahisəm olanda çalışırdım ki, onun evdəki övladını düşünüb, ağır söz deməyim” deyə sənətkar bildirib.

Flora Kərimova bildirib ki, zaman-zaman filmlərdə oxuduğu mahnıları həmkarları öz adlarına çıxarmaq istəyib.

““Qaynana” filmində də Afətin ariyasını oxumuşam. Bir də gördüm kimsə peyda olub ki, onu mən oxumuşam. Əgər filmdə Tofiq Quliyevin adının yanında adım yazılmasaydı bəlkə də onu da inkar edərdilər. “Əzablı yollarla” filmində də mahnı oxudum. Ona heç aid olmayan səs, xalq üslubunda oxuyan müğənni dedi ki, onu da mən oxumuşam. Bir də gördüm ki, bir müğənni mənə zəng edib deyir ki, “Tıq-tıq” xanımı siz oxumamısız?” Dedim ki, oxumuşam! Dedi ki, “televizoru açın, bu haqda bir sənətçi danışır ki, onu mən oxumuşam”. Ona baxan, özünü tanıyan özünü inkar edərdi. Yəni bu dərəcədə. Bu boyda üzlülük, həyasızlıq görməmişdim. Niyə bunu edirdiniz? Əgər belə istedadınız var idisə niyə ondan sonra oxumadınız? Oqtay Rəcəbov, Ramiz Mirişli və s. bəstəkarlarla cizgi filmində birlikdə işləmişəm. Bir çox heyvanların dilindən mahnılar səsləndirmişəm” deyə sənətkar bildirib.