Maraqlı

Bu canlılar tonlarla karbon qazını udur – YENİ TƏDQİQAT

Bu canlılar tonlarla karbon qazını udur – YENİ TƏDQİQATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədqiqatçılar tərəfindən aparılmş yeni tədqiqat göstərib ki, okeanların dərinliklərində elmə məlum olmayan yeni növ canlı orqanizmlər Yer kürəsinin qütblərinə yaxın ərazilərdə karbon qazının udulmasında iştirak edirlər.

Lent.az xəbər verir ki, sözügedən canlı orqanizmlər hələ ki, bioloji okean karbon dövrünün bir hissəsidirlər.

Bu, planetar miqyasda olan çox vacib bir prosesdir. Proses zamanı Yer kürəsinin atmosferində olan karbon qazı okeanın dərinliklərinə düşür və milyonlarla il ərzində orda qalır. Plankton və digər orqanizmlər okeanların üst laylarındakı CO2-nin udulması ilə məşğul olurlar.

Daha sonra onlar udulmuş CO2-ni öz bədənlərindəki toxumalarda okeanların dərinliklərinə daşıyırlar. Lakin alimlər aşkar ediblər ki, okeanların dərinliklərində elmə məlum olmayan yeni növ canlı orqanizmlər var və onlar Yer kürəsinin atmosferindən gələn karbon qazını udurlar. Alimlər bütün dünyadakı okeanların dərinliklərindən götürülmüş çöküntü nümunələrini və onların tərkiblərindəki DNT-ni analiz ediblər.

Beləliklə, onlar aşkar ediblər ki, DNT-də mövcud olan həyat növünün 2/3 hissəsini elmə məlum olmayan orqanizmlər təşkil edirlər. Aparılmış tədqiqat çərçivəsində alimlər okeanların dərinliklərindən götürülmüş çöküntülərdə müxtəlif cür plankton aşkar ediblər. Aşkar edilmiş plankton isə karbon qazının yığılmasında iştirak edir.

Bu proses planetin qütb regionlarında daha intensiv şəkildə baş verir. Alimlərin hesablamalarına əsasən dünya okeanı insanların fəaliyyətləri nəticəsində ifraz edilən CO2-nin 40%-ni udur.

Aparılmş yeni tədqiqat isə onu göstərir ki, karbon qazının udulması prosesində dünya okeanı ekosisteminin rolu böyükdür./technote