Əməkdar artist Mətanət İsgəndərlinin 58 yaşı tamam olur.
7Times.az axsam.az-a istinadən xəbər verir ki, bu münasibətlə ailəsi ifaçıya sürpriz edib. M.İsgəndərli həmin anları sosial media hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb.
“Doğum günümün ilk dəqiqələri… Toydan sonra qarşılaşdığım ən gözlənilməz sürpriz… Çox sağ olun, əzizlərim” deyə, müğənni yazıb.
Görüntülərdəki maraqlı məqamlardan biri isə onu təbrik edən ailə üzvləri arasında oğlu Kərimin ikinci həyat yoldaşı Ayselin da yer alması olub.
Qeyd edək ki, Kərim bir müddət əvvəl Canana adlı xanımdan boşanıb və onların bu evlilikdən 3 övladları var.