Ölkə

Bu dəfə onlar deputat olmayacaq: Siyavuş Novruzov, Aydın Mirzəzadə və … – SİYAHI

Bu dəfə onlar deputat olmayacaq: Siyavuş Novruzov, Aydın Mirzəzadə və … – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YAP bu deputatlarla yollarını ayıracaq. Hakim partiya parlament vitrinini yeniləyir


VI çağırış Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından iki ilə yaxın zaman ötür. 2020-ci ilin fevral ayında baş tutan növbədənkənar parlament seçkilərindən sonra dəfələrlə ali qanunverici orqanın buraxılacağı, yenidən formalaşdırılacağı ilə bağlı müzakirələr gündəmə gəlsə də, öz təsdiqini tapmadı. İddialara görə, hakim komanda tədricən dəyişmək yolunu tutub və bu özünü son parlament seçkilərində də aydın göstərdi. Seçkilər öncəsi parlamentin əsasən yeni simalardan ibarət tərkibdə formalaşacağı ehtimal olunsa da, bu baş vermədi. Yalnız 41 yeni deputat ilk dəfə olaraq yolunu ali qanunverici orqandan saldı. Digərləri isə uzun müddət deputat təcrübəsi olan şəxslər idi.

Hokm.az-a daxil olan məlumata görə, yenidən parlament seçkilərinin keçirilməsi ilə bağlı qəti qərar olmasa da, artıq hakim partiyada gələcək deputatlığa namizədlərin hazırlığı prosesinə başlanılıb. Nəzərə alanda ki, Milli Məclisin üzvlərinin yarıdan çoxu hakim partiyanı təmsil edir, bu mənada Yeni Azərbaycan Partiyasının (YAP) parlament vitrinini yeniləmək istiqamətində fəaliyyəti diqqətdən yayına bilməz.

Daxil olan məlumata görə, partiyanın yeni rəhbərliyi hazırki YAP-çı deputatların fəaliyyətindən narazıdır və növbəti seçkilərdə onların əhəmiyyətli hissəsini yeniləmək niyyətindədir. Uzun müddətdir YAP rəhbərliyində təmsil olunan şəxslərin partiyanın siyasi rəhbərliyindən uzaqlaşdırılması, partiyanın rəhbər seçkili orqanlarına seçilməməsi də gələcək seçki hazırlığının tərkib hissəsidir.

Düzdür, iddia oluna bilər ki, son növbədənkənar qurultaydan sonra YAP-ın Mərkəzi Aparatında və yerli təşkilatlarının rəhbərliyində çalışan şəxslərin icra və qanunverici orqanlarda təmsilçiliyi faktiki olaraq qadağan edilib. Və məhz bu səbəbdən onları deputat olduqlarına görə, partiya rəhbərliyindən uzaqlaşdırıblar. Lakin mənbəmiz bütün hallarda xeyli YAP-çı deputatın bu dəfə parlament siyahısından kənarda qalacaqlarını söyləyir. Qaynağımızın bildirdiyinə görə, onların deputat kimi ömrü növbəti seçkilərə, maksimum 2025-ci ilin fevral ayına qədər davam edəcək.

Partiya rəhbərliyinin fəaliyyətindən narazı qaldığı və növbəti dəfə namizədliyi irəli sürülməyəcək YAP-çı deputatların siyahısı:

İsa Həbibbəyli

Aydın Hüseynov

Siyavuş Novruzov

Hikmət Məmmədov

Məlahət İbrahimqızı

Sədaqət Vəliyeva

Oqtay Əsədov

Naqif Həmzəyev

İlham Məmmədov

Aydın Mirzəzadə

Əhliman Əmiraslanov

İqbal Məmmədov

Anar İsgəndərov

Elman Nəsirov

Şahin İsmayılov

Ramil Həsən

Ağalar Vəliyev

Nizami Cəfərov

Bəxtiyar Sadıqov

Aqiyə Naxçıvanlı

Kamilə Əliyeva

Elman Məmmədov

İmamverdi İsmayılov

Mahir Abbaszadə