“Brüssel görüşü də növbəti görüşlərdən biridir. Amma bunun önəmi ondan ibarətdir ki, biz Rusiyanın rəhbərliyi olmadan üzbəüz görüşürük. Ümumiyyətlə, Rusiya Qafqazdan çəkilərsə, burdakı ədavətlər, savaşlar da dayanar. Ermənilərlə bizim aramızda ədavət də bitər. Vaxtilə 1827-ci ildə ruslar İrəvanı əlimizdən alıb ermənilərə verdilər. Təbii ki, Rusiya olmayandan sonra Ermənistan bizim şərtlərə razı olacaq. Şərtlərimiz də sərhədlərimizin toxunulmazlığı, ərazi bütövlüyümüzün tanınmasıdır. Bunlar da qəbul olunmuş normal qonşuluq münasibətləridir”.
Bunu Moderator.az-a açıqlamasında aktyor, aparıcı Kamran Həsənli deyib. Ağdaban faciəsinin otuzuncu ildönümündən danışan Kamran Həsənli, faciələrimizi dünyaya yanlış təbliğ etdiyimizi vurğulayıb:
“Bu gün Ağdaban faciəsinin otucuncu ildönümü tamam olur. Doğrudan da Ağdaban faciəsi Xocalı faciəsi qədər dünya ictimaiyyətinə çatdırılmayıb. Çünki biz facilərimizi musiqi çalıb, saçımızı yolub qeyd etmişik. Bunları dediyimə görə iki dəfə verilişimi bağlayıblar. Bütün günü ağlamaqdan bir şey çıxmaz, həqiqətləri söyləmək lazımdır. Bu gün Ukraynada Puça şəhərində nə baş verirsə, həmin dəsti-xəttdir. Biz bunu 20 Yanvarda, Xocalıda və Ağdabanda da görmüşük. Amma faciəni törədənlərin ünvanını deməmişik. Bəzən gileylənirik ki, Puçada olduğu kimi Qərb niyə bizə reaksiya verməyib. Amma əslində biz özümüz buna reaksiya verməmişik. 366-cı alayın Rusiyaya məxsus olduğunu və Xocalıda qətliam törətdiklərini dediyimə görə verlişim bağlandı. Biz bunu deyənimizin ağzını bağlayırıqsa, əlbəttə ki, hər şey unudulacaq.
Məsələn, Bakıda 20 Yanvar hadisəsində tankla maşının üstündən keçən adamın indi təxminən altmış yaşı olar. Biz ancaq onun kimliyini araşdırmamışıq. Amma Ukrayna bunu araşdırır, kimliyini müəyyən edir. Əminəm ki, müharibədən sonra onların hamısını da cəzalandıracaqlar”.
Follow @7timesaz