Dünya

Bu gecə ilin ilk Ay tutulması baş verəcək

Bu gecə ilin ilk Ay tutulması baş verəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin ilk Ay tutulması hadisəsi mayın 26-dan 27-nə keçən gecə qeydə alınacaq.

7times.az “Space.com”a istinadən xəbər verir ki, nadir kosmik hadisə Bakı vaxtı ilə saat 12:47-də başlayacaq və saat 17:50-də başa çatacaq.

Ay tutulması saat 15:16-da maksimum səviyyədə olacaq və onu Şərqi Asiya, Avstraliya və Atlantik və Sakit Okeanı sahillərində yerləşən ölkələrdən müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək.

Kosmik hadisə Azərbaycanda gündüz vaxtına düşdüyü üçün müşahidə etmək mümkün olmayacaq.