İdman

Bu gün 1/8 final mərhələsinə start veriləcək

Bu gün 1/8 final mərhələsinə start veriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.

 

7Times.az -ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. “Xəlifə” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

 

Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutacaq. “Əhməd ibn-Əli” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.

 

DÇ-2022, 1/8 final

 

3 dekabr

19:00. Niderland – ABŞ

 

Baş hakim: Vilton Sampayo (Braziliya)

 

“Xəlifə” stadionu

 

23:00. Argentina – Avstraliya

 

Baş hakim: Şimon Marçinyak (Polşa)

 

“Əhməd ibn-Əli” stadionu