Aktual

Bu gün Çempionlar Liqasında FİNALDIR

Bu gün Çempionlar Liqasında FİNALDIRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın “Real” (Madrid) və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gələcək.

7Times.az  xəbər verir ki, oyun Londondakı “Uembli” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu final Çempionlar Liqası tarixində 69-cu olacaq. Turnirin ən titullu klubu “Real Madrid”dir, komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu klub yarışmasının finalında çıxış edib.

Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olmuşdu, o zaman komanda həlledici görüşdə İngiltərənin “Liverpul”unu (1:0) məğlub etmişdi.

“Borussiya” isə 1997-ci ilin finalında bir dəfə Çempionlar Liqasının qalibi olub, komanda İtaliya “Yuventus”undan güclü olub (3:1). 2013-cü ildə də “Borussiya” finala çıxsa da, Almaniyanın “Bavariya”sına uduzub (1:2).