İdman

Bu gün İstanbul derbisi var

Bu gün İstanbul derbisi varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

7Times.az  xəbər verir ki, 17-ci turda “Fənərbaxça” evdə “Qalatasaray”ı qəbul edəcək. Əzəli rəqiblərin oyununu Arda Kardeşlər idarə edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu komadalar arasında iyunun 4-də oynanılan son görüşdə “Qalatasaray” “Fənərbaxça”ya 3:0 hesabı ilə qalib gəlib.

“Fənərbaxça” özünün Superliqadakı son oyununda – 16-cı turda “Kayserispor”u üstələyib – 4:3. “Qalatasaray” isə “Fatih Karagümrük”ə qalib gəlib – 1:0.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Fənərbaxça” 43 xalla liderdir, eyni xalı olan “Qalatasaray” isə 2-ci pillədədir.

Türkiyə Superliqası, 17-ci tur

20:00. “Fənərbaxça” – “Qalatasaray”

Baş hakim: Arda Kardeşler

“Ülker” stadionu.