Dünya

Bu gün Minskdə MDB ölkələri Müdafiə nazirliklərinin nümayəndələri görüşəcək

Bu gün Minskdə MDB ölkələri Müdafiə nazirliklərinin nümayəndələri görüşəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Belarusun paytaxtı Minsk şəhərində MDB ölkələrinin Müdafiə Nazirliklərinin nümayəndələrinin iclası keçiriləcək.

7Times.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib.

Toplantıda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

İclas 2 gün davam edəcək.

Xatırladaq ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.