Dünya

Bu gün onlar görüşür

Bu gün onlar görüşürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sentyabrın 14-də Soçidə danışıqlar aparacaqlar.

APA “TASS”-a istinadən xəbər verir ki, bu, Belarus prezidentinin seçkilərdən sonra ilk xarici səfəri olacaq.

Rusiya bir sıra Qərb dövlətlərindən fərqli olaraq qonşu ölkədə keçirilən səsvermənin nəticələrini qanuni sayıb. Belarus prezidentinin Rusiyaya səfərindən əvvəl Rusiyanın Baş naziri Mixail Mişustinin sentyabrın əvvəlində Minskə səfəri də daxil olmaqla intensiv hazırlıqlar görülüb.

Görüşdə iki ölkə arasında bir sıra münasibətlərin müzakirə olunacağı da bildirilir.