İdman

Bu gün Qurban Qurbanovun doğum günüdür

Bu gün Qurban Qurbanovun doğum günüdürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. Azərbaycanlı məşqçinin 52 yaşı tamam olur.

7Times.az  xəbər verir ki, Qurban Osman oğlu Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban valideynlərinin sonuncu övladıdır.

9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu “Daşqın” Zaqatala klubuna gətirib.

Onun peşəkar karyerası doğma Zaqatalanın “Daşqın” komandası ilə başlayıb. Daha sonra karyerası “Alazani” (Gürcüstan), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi”, “Dinamo” (Stavropol, Rusiya), “Baltika” (Rusiya), “Fakel” (Rusiya), “Neftçi”, “Volqa-Qazprom” (Rusiya), “Neftçi” və “İnter” komandalarında davam edib.

1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Q.Qurbanov 68 oyuna 14 qol vurub.

Futbolçu karyerasını bitirdikdən sonra “İnter” klubunda idman direktoru kimi işə başlayan Q.Qurbanov “Neftçi”də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək “Qarabağ”a baş məşqçi təyin olunub.

Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.

2017/18 mövsümündə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.

Həmçinin “Qarabağ” futbol klubu bu mövsüm Qurbanovun başçılığı altında tarixində ilk dəfə olaraq Avropa Liqasının (UEFA Europa League) 1/8 final mərhələsində oynamaq şansı qazanıb.

Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk mütəxəssisdir. O, konfrans Liqasının 1/8 finalında “Marsel”lə Bakıdakı görüşündə İbrahima Vadjinin əllə vurduğu qol qeydə alındıqdan sonra futbolçularla məsləhətləşərək hakimə topu ləğv etməyi bildirərək feyr-pleyə imza atıb.

2022-ci il aprelin 13-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Qurban Qurbanov evlidir, 3 övladı var.

BAKU.WS