“Ukraynada mülki əhalini hədəfə almaq üçün Rusiya 110-a yaxın raket və çoxsaylı pilotsuz təyyarələrdən istifadə edib”.
APA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın son hücumu ilə bağlı “X” hesabında paylaşımında bildirib.
Onun sözlərinə görə, son hücumda Rusiya doğum evini, məktəbləri, xəstəxanaları, yaşayış binaları və ticarət obyektlərini hədəfə alıb.
“Bu gün milyonlarla ukraynalı güclü partlayış səsinə oyanıb. Kaş ki, Ukraynadakı bu partlayış səsləri bütün dünyada – hazırda Ukraynaya əlavə dəstəyi müzakirə edən bütün böyük paytaxtlarda, qərargahlarda və parlamentlərdə, “yorğunluq” və ya Rusiyanın guya “danışıqlara” hazır olması barədə yazan bütün redaksiyalarda eşidilsin.
Bu səslər Rusiyanın həqiqətən demək istədiyini ifadə edir. Bizim buna yeganə kollektiv cavabımız Ukraynaya davamlı, güclü və uzunmüddətli hərbi və maliyyə yardımı ola bilər və olmalıdır. Yalnız böyük atəş gücü rus terrorunu susdura bilər”, – Kuleba vurğulayıb.
Follow @7timesaz