Dünya

“Bu, həm də Putinin “kişi sözü” və qarant məsuliyyəti ilə bağlıdır”

“Bu, həm də Putinin “kişi sözü” və qarant məsuliyyəti ilə bağlıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sabiq Xarici İşlər naziri Vilayət Quliyev 1998-2008-ci illərdə Ermənistanın XİN-ə rəhbərlik etmiş Vardan Oskanyanın 13-14 sentyabr döyüşləri ilə bağlı “news.am” portalında “Əslində nə baş verib və nə etmək lazımdır?” adlı məqaləsinə reaksiya verib.

Səfir bildirir ki, “erməni ideyasının” apologetlərindən olan Vardan Oskanyan məqaləsində Azərbaycan ordusu Şuşaya girəndən sonra bütün Qarabağa nəzarəti təmin etməyin 4-5 saatlıq iş olduğunu etiraf edib: “Yalnız Ermənistanın kapitulyasiya aktına qol çəkməsi vəziyyəti xilas etmişdi. Oskanyan daha sonra yazır ki, 9 noyabr gecəsi, necə deyərlər, parada Prezident İlham Əliyev komandanlıq edirdi və o, Paşinyanın qarşısında üç əsas tələb qoymuşdu:

a) Qarabağ ermənilərinə heç bir status verilməyəcək;

b) Zəngəzurdan Naxçıvana koridor açılacaq;

v) ermənilərin işğalı altındakı anklavlar da daxil sərhədlər demarkasiya və delimitasiya olunacaq.

Lakin Paşinyanın “simasını” xilas etmək üçün bu şərtlər olduğu kimi “kağıza köçürülməmiş”, sadəcə Putinin qarant olması şərti ilə centlmen razılığı əldə edilmişdi. Oskanyanın fikrincə, 13-14 sentyabr döyüşlərində Şimal qonşusunun susqunluq nümayiş etdirməsi yalnız Rusiyanın ağır durumu ilə deyil, həm də Putinin “kişi sözü” və qarantör məsuliyyəti ilə bağlıdır. Ona görə də Paşinyan vədlərini yerinə yetirməyənə qədər Azərbaycan öz təzyiqlərində davamlı olacaq…Hər halda Oskanyan belə yazır və soruşur ki, bəs çıxış yolu nədir?

Praktiki adam kimi tanıdığım Vardan burada irreal bir təkliflə çıxış çıxış edir: guya Paşinyanı siyasi səhnədən uzaqlaşdırmaqla, Azərbaycan qarşısında təhəddüdlərlə bağlı olmayan yeni negotiator (danışıqçı) tapmaqla – bir sözlə, Ermənistanda hakimiyyət dəyişikliyi ilə vəziyyətdən çıxmaq olar. Xam xəyaldır! Lap Taleyranı qəbirdən çıxarsalar da, mifik Tiqranı dirildib hakimiyyətə gətirsələr də, danışıqlarla baş qatmaq, vaxt uzatmaq daha mümkün olmayacaq. Əksinə, özlərini çıxılmaz vəziyyətə salacaqlar!”

Azpolitika.info