Ukrayna Prezidenti Volodimir Zelenski işğal olunmuş ərazilərin azad edilməsi üçüm keçirilən əks-hücumun ləng getdiyini etiraf edib.
“AzPolitika.info” xəbər verir ki, “BBC”-yə müsahibə verən Zelenski 20 min kvadrat kilometr ərazinin Rusiya tərəfindən minalandığını söyləyib və bunun əks-hücum əməliyyatına təsir etdiyini deyib: “Bəziləri hesab edirlər ki, bu, Hollivud filmidir və dərhal nəticə gözləyirlər. Bu, belə deyil…”
Ukrayna Prezidenti deyib ki, ortada insanların həyatı var, ona görə Ukrayna döyüş meydanında “özü bildiyi kimi” hərəkət edəcək.
Follow @7timesaz