Dünya

Bu iki ölkədən tarixi həmlə: dollardan imtina etdilər!

Bu iki ölkədən tarixi həmlə: dollardan imtina etdilər!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya və Çin ilk dəfə öz milli valyutaları ilə ikitərəfli ticarət həyata keçiriblər.

7Times.az  xəbər verir ki, bu barədə Venesuelanın “Telesur” portalı məlumat yayıb.

Bildirilib ki, Çinin milli valyutası olan yuan ilə alınan ödəniş birbaşa Braziliya realına çevrildiyi zaman ikitərəfli ticarət çərçivəsində milli valyutalar ilk dəfə istifadə edilib.

“Bank of China”-nın Braziliya filialı sözügedən maliyyə əməliyyatını “tarixi əməliyyat” adlandırıb. Açıqlamada qeyd olunub ki, sövdələşmə Çinin Şanxay şəhərində nümayəndəliyi olan “Eldorado Brasil” adlı şirkətdən sellüloz almaq üçün edilib.

Braziliya mətbuatında mövzu ilə bağlı xəbərlərdə digər Braziliya pulpa istehsalçısı ixracat şirkətlərinin də yerli pul qarşılığında Çinlə ticarət edəcəyi iddia edilib.

Çin və Braziliya martın 30-da öz aralarında ticarətdə ABŞ dolları əvəzinə milli valyutalardan – yuan və realdan istifadə etmək barədə razılığa gəliblər. Çin Braziliyanın ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 150 milyard dolları keçib.

News24.az