Ölkə

Bu il Məhərrəm ayı nə vaxt başlayır?

Bu il Məhərrəm ayı nə vaxt başlayır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, Miladi təqvimi ilə iyulun 19-da Məhərrəm ayının ilk günüdür.

Belə ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 19-na təsadüf edir.

Məhərrəm ayının 10-u – Aşura günü isə iyulun 28-nə düşür. Aşura günündə ənənəvi qanvermə aksiyaları keçirilir.

Məhərrəm ayı başa çatdıqdan sonra isə Səfər ayı başlayacaq.