Ölkə

Bu il məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə 97 müraciət daxil olub

Bu il məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə 97 müraciət daxil olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin ilk üç ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.

7Times.az xəbər verir ki, Dövlət Komitəsinə ümumilikdə 957 müraciət daxil olub.

Müraciətlərdə üstünlük təşkil edən mövzu məhkəmə qərarlarının icrası ilə bağlıdır.

Belə ki, müraciətlərin 47-si məişət məsələləri, 69-u işlə təmin olunma, 73-ü müxtəlif yönümlü sosial müavinətlərin verilməsi, 97-si məişət zorakılığı və 189-u məhkəmə qərarlarının icrası ilə bağlı olub.