Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda məktəblərdə həftə ərzində əyani formada keçirilən dərs günlərinin sayı artırılıb.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yoluxma sayı azaldığına görə şagird sayı 200-dən çox olan məktəblərin ibtidai siniflərdə əyani dərs günlərinin sayı həftədə 2 dəfədən 3 dəfəyə keçirilir. Şagird sayı 200-dən az olan məktəblərdə həftədə 5 dəfə əyani dərs olacaq.
Nazir qeyd edib ki, 5-9-cu siniflərdə dərslər həftədə 3 dəfə olacaq. 10-11-ci siniflər isə hələ də distant formada dərs keçəcək:
“Hazırda 2307 məktəbdə şagird sayı 200-dən azdır. Buna görə də çox məktəbdə ənənəvi dərs formatına qayıdılır”.
Follow @7timesaz