Maqazin

“Bu, mənim üçün yaxşı fürsət idi”

“Bu, mənim üçün yaxşı fürsət idi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqqasə, aktrisa Oksana Rəsulova Gürcüstana gedib.

Axşam.az xəbər verir ki, 15 gün Tbilisidə qalan sənətçi təəssüratlarını izləyiciləri ilə bölüşüb. Oksana bildirib ki, Ramazan ayını da orada qarşılayıb:

“Bu dəfə Gürcüstana, Tbilisi səyahətim bir az uzun çəkdi: 15 gün. Olmadığım yerlərdə oldum, yenidən Tbilisi özüm üçün kəşf etdim, gəzdim, dolandım. Özümlə qalmaq üçün yaxşı fürsət idi, düşündüm, həyatımda qarşıma bəzi məqsədlər qoydum, Ramazanı burda qarşıladım, dua, Allaha şükr etdim. Beynimdə olan suallarıma cavab tapdım, çox şeyi yaxşı mənada anladım. Allah hər birimizə sağlam həyat, hidayyətli, gözəl gələcək nəsib etsin, amin”.