Dünya

“Bu, məxfi məlumat idi” – Zelenski ABŞ-dən narazıdır

“Bu, məxfi məlumat idi” – Zelenski ABŞ-dən narazıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məxfi məlumatların mətbuata çıxarılması Ukrayna Prezidenti Volodimir Zelenskinin narazılığına səbəb olub.

7Times.az  xəbər verir ki, Skandinaviya ölkələri KİV-lərinə müsahibə verən Zelenski ölkəsinin ABŞ-dən “Tomaqavk” raketləri tələbini təsdiqləyib. Lakin bunun Ukrayna ilə Ağ Ev arasında məxfi məlumat olduğunu deyib və bunun mətbuata sızdırılmasını pisləyib.

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Zelenskinin “Qələbə planı”nın gizli hissəsi kimi Ukraynanın “Tomaqavk” raketlərini istəməsi barədə məlumat yayıb.

Zelenski bunun Ukrayna ilə ABŞ arasında məxfi məlumat olduğunu vurğulayıb və bu məlumatın informasiya məkanına sızmasından qəzəbləndiyini bildirib: “Bu mesajları necə başa düşmək olar? Deməli, bu o deməkdir ki, tərəfdaşlar arasında məxfi heç nə yoxdur”.

“AzPolitika.info”