“ABŞ İrana qarşı BMT sanksiyalarını bərpa edə bilmədi”.
7times.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
“Bu, Birləşmiş Millətlər Təşkilatının tarixində misli görünməmiş bir hadisədir. Amerikalılar bir neçə dəfə “arxa bağçası” olduğunu düşündükləri Təhlükəsizlik Şurasına müraciət edərək, bir neçə ay boyunca bütün dünyaya İrana qarşı qətnamə qəbul etməsini xahiş etdilər”, – Ruhani bildirib.
İran prezidenti hesab edir ki, ABŞ öz gücü və hegemonluğunu itirib: “Bu, böyük İran xalqının zəfəri və müvəffəqiyyətidir. BMT-də böyük hüquqi, siyasi və diplomatik uğur qazandıq”.
Follow @7timesaz