Dünya

Bu ölkə Ukraynaya 14 Mi-8 helikopteri verəcək

Bu ölkə Ukraynaya 14 Mi-8 helikopteri verəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya Ukraynaya 14 Mi-8 helikopterini təhvil verməyə hazırlaşır. Onların veriləcəyi hələ noyabr ayında elan edilmişdi.

Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, helikopterlər təqribən 10 gün ərzində göndərilməyə hazır olacaq.
“Jutarnji list” saytının məlumatına görə, on iki Mi-8MTV-1 və iki Mi-8T helikopteri Xorvatiya Silahlı Qüvvələrinin balansından çıxarılıb və hazırda Velika Qoritsadakı aviasiya texniki mərkəzində onlara texniki xidmət göstərilir.

Digər işlərlə yanaşı, helikopterlərdə mövcud olan bütün tanınma nişanları götürülür, təmir-bərpa işləri aparılır.