Bolqarıstan Xüsusi İstintaq Prokurorluğu 3 dövlət məmuru haqqında Rusiya adına casusluq etdiyi iddiası ilə istintaq başladıb.
“Unikal” xəbər verir ki, Bolqarıstan Xüsusi İstintaq Prokurorluğunun baş direktoru Valentina Macarova mətbuata verdiyi açıqlamada 3 dövlət məmuruna qarşı Rusiya adına casusluq etdikləri iddiası ilə istintaq başladıldığını bildirib.
Macarovanın sözlərinə görə, şübhəlilərdən ikisi Dövlət Milli Təhlükəsizlik Agentliyinin (DANS) kəşfiyyat bölməsində, digər şübhəli isə nazirlikdə orta səviyyəli vəzifələrdə olub.
Xüsusi İstintaq Prokurorluğunun sözçüsü Hristo Kristev, şübhəlilərin əldə etdikləri məlumatları xüsusi GPS cihazları ilə Rusiyanın Sofiyadakı səfirliyinə çatdırdıqlarını bildirib.
Qeyd edək ki, martın 18-də Bolqarıstan 10 rus diplomatını ölkəyə casusluq etdiklərini əsas gətirərək “persona non-qrata” elan edib.
Follow @7timesaz