Dünya

Bu ölkədə çimərliklərdə maska taxmaq məcburi oldu

Bu ölkədə çimərliklərdə maska taxmaq məcburi oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya hökuməti ölkədə maska rejimi ilə bağlı qanunları sərtləşdirib.

7times.az “İnterfaks”a istinadən xəbər verir ki, vətəndaşlar bu gündən küçədə, çimərliklərdə və digər açıq məkanlarda sanitar məsafədən asılı olmayaraq, maska taxmalıdır. Bu tələb 6 yaşdan yuxarı bütün şəxslərə şamil olunur. Maskadan istifadə, həmçinin, ictimai nəqliyyatda, şəxsi avtomobildə, qapalı məkanlarda 9 nəfərdən çox adam olarsa, məcburidir. Sərnişin gəmilərində yalnız kayutlarda maska çıxarıla bilər.

Bu məhdudiyyətlər tənəffüs problemi olan, maska taxmağı idarə edə bilməyən əlillərə şamil olunmayacaq. qafqazinfo.az