Dünya

Bu ölkədə həftədə 4 gün işləməklə bağlı qərar qüvvəyə mindi

Bu ölkədə həftədə 4 gün işləməklə bağlı qərar qüvvəyə mindibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada eyni maaşla 5 gün əvəzinə 4 gün işləməyə imkanı verən yeni tənzimləmə qüvvəyə minib.

7Times.az  xarici KİV-ə istinadla xəbər verir ki, sözgedən tənzimləmə Belçikanın əmək naziri Pier Yves Dermaqne tərəfindən tövsiyə olunub və daha sonra qəbul edilib.
Belçikada bu gün qüvvəyə minən yeni tətbiqə görə, həftədə 4 gün işləmək hüququndan yararlanan şəxs yenə də eyni iş saatlarını tamamlamalı olacaq.

Həftədə 38 saat işləyən şəxs gündə 9 saat yarım işləsə və tələb olunan iş vaxtını 4 günə tamamlasa, 5-ci gün gəlməmək hüququ qazanacaq. Sözügedən tənzimləmə ilə işçilər həftə ərzində 3 gün həftə sonu məzuniyyətindən və ya əlavə 1 gün məzuniyyətdən istifadə edə biləcəklər.

Yeni tətbiqin təkcə dövlət işçiləri üçün deyil, özəl sektor üçün də keçərli olacağı bildirilib. Əgər işçi bu hüquqdan sektor məhdudiyyəti olmadan yararlanmaq istəyirsə, iş yerinə müraciət edərək 4 günlük iş tələb edə bilər.

Digər ölkələrdə tətbiq olunmağa başlayan, lakin fərqliliklər göstərən 4 günlük iş prinsipindən ehtiyat edən həmkarlar ittifaqları, bu qərarın iş səmərəliliyini artırmaq əvəzinə iş günlərində iş yükünü və stressi artıracağını müdafiə edir. Yeni tətbiqin qida və içki sektorunda tətbiqinin çox çətin olacağını şərh edən həmkarlar ittifaqları, müraciətləri rədd edən işəgötürənlərə qarşı hələ də əsaslandırma tələb edəcəklərini bildiriblər.

Ölkə.Az