Dünya

Bu ölkədə karantin rejimi noyabrın 1-dək uzadıldı – QƏRAR

Bu ölkədə karantin rejimi noyabrın 1-dək uzadıldı – QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin müddəti uzadılıb.

7times.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, qərar bu gün Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Ölkədə “adaptiv model” formatında tətbiq olunan karantin müddəti noyabrın 1-dək uzadılıb.

Avqustun 1-dən Ukraynada tətbiq olunan adaptiv karantin modeli ölkənin regionlarındakı epidemioloji vəziyyətdən asılı olaraq bütün bölgələri dörd  – “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalara bölüb.

Epidemioloji zonaların hər birində müxtəlif karantin məhdudiyyəti tətbiq olunur. Ən yumşaq qadağalar”yaşıl” zonada, ən sərt qadağalar isə “qırmızı” zonaya daxil olan bölgələrdə tətbiq olunur.APA