Sakit okeanında yerləşən ada dövləti Tonqada ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.
7Times.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi dairələri açılqlama yayıb. Məlumata görə, yoluxma Yeni Zelandiyadan gələn sərnişində müəyyən edilib. Məlumata görə, həmin sərnişin Yeni Zelandiyadan gələn 215 nəfər arasında olub. Onlar karantin müddətinə görə oteldə saxlanılıb. Yeni Zelandiyanın rəsmi dairələri isə həmin şəxsin peyvəndin hər iki dozasını qəbul etdiyini bildirib.
Qeyd edək ki, Tonqanın əhalisi 106 min nəfərdir. Əhalinin 48 faizi peyvənd olunub.
Follow @7timesaz