Dünya

Bu ölkələrin hərbi ehtiyatları tükənə bilər

Bu ölkələrin hərbi ehtiyatları tükənə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden öz çıxışında Kiyev rejiminə dəstək kursunun toxunulmazlığını qeyd etməklə Qərb ölkələrinə təzyiq etdi, çünki Amerikanın hərbi texnika ehtiyatları hədsiz deyil və gec-tez tükənəcək.

Redaktor.az xəbər verir ki, bu fikri fevralın 23-də ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter “İzvestiya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və Qərb müttəfiqləri silah arsenallarının məhdudluğundan xəbərdardırlar. Bu baxımdan, Vaşinqtonun nöqteyi-nəzərindən Ukraynadakı münaqişənin tez bir zamanda dayandırılması rasionaldır.

“Onlar açıq şəkildə Ukraynanı dəstəkləyirlər, lakin pərdə arxasında ölkə prezidenti Vladimir Zelenskiyə çatdırmağa çalışırlar ki, gec-tez onların Ukraynanı təmin edəcək heç nələri olmayacaq. Onların ehtiyatları dibsiz quyu deyil və o, artıq quruyur”, – Ritter bildirib.

Qeyd edək ki, Co Bayden iki günlük səfəri çərçivəsində Polşa Prezidenti Anjey Duda ilə ikitərəfli əməkdaşlıq və Ukraynaya dəstək məsələlərini də müzakirə ediblər.

Bundan əlavə, Amerika lideri alyansın ABŞ-dan dönməz dəstəyini bir daha təsdiqləmək üçün “Buxarest doqquzluğu”nun – şərq cinahda NATO müttəfiqləri qrupunun rəhbərləri ilə görüşüb. Onun sözlərinə görə, Ukraynada münaqişənin başlamasından bir il sonra NATO dünya tarixində mühüm hərbi-siyasi birlik olmaqla “heç vaxt olmadığı qədər güclüdür”.