Dünya

Bu qızı tapana 1 milyon dollar veriləcək – VİDEO

Bu qızı tapana 1 milyon dollar veriləcək – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Avstraliya əyalətində 6 gün əvvəl itən 4 yaşındakı kiçik qızı tapan və ya tapılmasını təmin edəcək informasiya verən şəxsə 1 milyon Avstraliya dolları veriləcəyi açıqlanıb.

7times.az xəbər verir ki, 4 yaşlı Kleo Smit oktyabrın 16-da Karnarvon qəsəbəsinin şimalında ailəsi ilə qurduğu çadırdan yoxa çıxıb.

Polis araşdırmasına dəstək olaraq kiçik qızı tapacaq və ya tapılmasına kömək edəcək şəxsə 1 milyon dollar veriləcəyi açıqlanıb.

Əyalətin polis rəisi Kol Blank deyib ki, qızcığazı tapmaq üçün 100 polis əməkdaşı səfərbər edilib. Polis ehtimal edir ki, qızı qaçırıblar.

Teleqraf.com