Ölkə

Bu rayonlarda modul tipli məktəblər quraşdırılacaq – SƏRƏNCAM – SİYAHI

Bu rayonlarda modul tipli məktəblər quraşdırılacaq – SƏRƏNCAM – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.

7Times.az -ın məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 sentyabr tarixli Sərəncamına əlavə

 

Sıra №-si Tədbirin adı Ayrılan vəsait

(min manatla)

İcra müddəti
 1. Kürdəmir rayonunun Axtaçı kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285,0 2022
 2. Şamaxı rayonunun II Cabanı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 355,0 2022
 3. Ağstafa rayonunun Köçvəlili kəndində 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 424,0 2022
 4. Daşkəsən rayonunun Tapan kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 256,0 2022
 5. Goranboy rayonunun Kürəkçay kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256,0 2022
 6. Şəmkir rayonunun Ələsgərli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 386,0 2022
 7. Xaçmaz rayonunun Şıxlar kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256,0 2022
 8. Qusar rayonunun Hil sirt kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 424,0 2022
 9. Cəlilabad rayonunun Moranlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 382,0 2022
 10. Cəlilabad rayonunun Sarxanlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 382,0 2022
 11. Cəlilabad rayonunun Əsədli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 386,0 2022
 12. Lerik rayonunun Osyodərə kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 210,0 2022
 13. Lerik rayonunun Buruq kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 256,0 2022
 14. Masallı rayonunun Sarıcəfərli kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 386,0 2022
 15. Yardımlı rayonunun Cirimbel kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 356,0 2022
  Cəmi: 5.000,0