Dünya

“Bu, Rusiya ilə Ukrayna arasında münaqişə deyil, bu, dünya savaşıdır…” – Roma Papası

“Bu, Rusiya ilə Ukrayna arasında münaqişə deyil, bu, dünya savaşıdır…” – Roma Papasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, ya təhlükə hiss edən, ya da çökməkdə olan imperializmlər arasında münaqişədir…”

“Müharibənin əsl qurbanları onu öz dərisi ilə bu ağılsızlıqların bədəlini ödəyən sadə insanlardır…”
“Müharibə aparanlar humanizmi unudaraq, maddi və hakimiyyət maraqlarını hər şeydən üstün tuturlar…”
Roma Papası Fransisk Berqolyo hesab edir ki, Ukraynadakı münaqişə ikitərəfli çərçivədən çıxaraq dünya müharibəsi statusuna keçib. Onun əsl qurbanları “öz dərisi ilə” bu ağılsızlıqların bədəlini ödəyən sadə insanlardır”.
Moderator.az xəbər verir ki, bu barədə o, İtaliyanın “Corriere Della Sera” nəşrinə müsahibəsində bəyan edib.
Papa Fransisk Qazaxıstana səfəri zamanı qardaş yezuitlərə müraciət edib:
“Ukrayna münaqişənin qurbanıdır, amma mən görürəm ki, ya təhlükə hiss edən, ya da çökməkdə olan imperializmlər arasında münaqişə baş verir. Bu, yaxşılar və pislər olan kovboy filmi deyil”.
“Müharibə gedir, məncə, qarşımızdakı yaxşılar və pislər olan kovboy filmi deyil. Bunun Rusiya ilə Ukrayna arasında münaqişə olduğunu düşünmək də yanlışdır. Yox, bu, dünya savaşıdır”.
Cümə axşamı, sentyabrın 15-i, Astana şəhəri, Qazaxıstan. Papa Fransisk, həmişə olduğu kimi, yerli yezuitlərlə- Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu İsa Cəmiyyətinin “rus regionu”nun 19 atası ilə görüşüb söhbət etmək imkanını qaçırmayıb.
Qardaşlar Papadan geosiyasi vəziyyət barədə nə düşündüyünü soruşub.
Berqolyo bəyan edib ki, dünya savaşı gedir, o zaman bunun səbəbləri soruşulub.
“Münaqişənin qurbanı Ukraynadır. Məsələ bundadır ki, nədən savaşın qarşısını almaq mümkün olmayıb”, – Papa cavab verib.
“Müharibə müəyyən mənada nikah kimidir. Bunu anlamaq üçün münaqişənin inkişaf dinamikasını izləmək lazımdır, – o, qeyd edib.
Müharibəyə təhrik edən beynəlxalq amillər var. Xatırlayıram ki, ötən ilin dekabr ayında bir dövlət başçısı mənə öz narahatlığını ifadə edib ki,
NATO Rusiyanın qapıları ağzında hürür, daha anlamır ki, rusiyalılar imperialistlərdir və onları sərhədlərinin təhlükəsizliyi narahat edir. O, qorxurdu ki, bu, hərbi münaqişəyə təhrik edə biliər, artıq iki aydan sonra  bu münaqişə başlanıb”.
“Səbəblərdən danışarkən, sadə yanaşmaq olmaz. Mən görürəm ki, burada imperialistlərin əli var. Onlar ya təhlükə hiss edir, ya da çöküş yaşayır, buna reaksya verərək, düşünürlər ki, müharibə hər şeyi sıfırdan başlamağa, həmçinin silah satıb onu sınaqdan keçirməyə imkan verəcək”, – Berqolyo sözlərinə yekun vurub.
Papanın bəyanatları hələ heç vaxt belə həyəcanlı olmayıb.
“Kimsə deyir ki, İspaniyada vətəndaş müharibəsi İkinci dünya savaşına hazırlıq üçün lazım olub. Bilmirəm, həqiqətən bu, belə olub, yoxsa yox, nyə də olmasın. Amma mənim bir şeyə şübhəm yoxdur-biz indi Üçüncü dünya savaşını yaşayırıq. Biz bir əsrdə üç belə savaşı görmüşük: 1914-1918, 1939-1945 və indiki savaşı”.
Bu, “ürəyi nifrətdən azad etmək” deməkdir, Papa əlavə edib.
“Lap əvvəldən və dünənədək mən daima bu münaqişədən danışaraq, Ukraynanın əzablarını xüsusilə qeyd etmişəm. Bu ölkənin müstəqilliyi günündə Müqəddəs Pyotr meydanında Ukrayna bayrağı qaldırılıb, mən özüm bu barədə danışmışam. Ukrayna haqqında sözlərdən sonra mən hər iki xalqın-ukraynalılar və rusiyalıların əzabları haqqında düşünürdüm.
Müharibə baş verəndə, xalqlar əzab çəkir. Həmişə bədbəxt insanlar onun bədəlini ödəyir. Buradan da nifrət yaranır.
Müharibə aparan humanizmi unudaraq, konkret insanların necə yaşaması barədə düşünmür. Onlar üçün öz maddi maraqları və hakimiyyət maraqları hər şeydən üstündür.
Hər bir münaqişənin əsl qurbanları öz dərisilə müharibənin ağılsızlıqlarının bədəlini ödəyən sadə insanlar olur”, – pontifik deyib.