Dünya

Bu şəhər işğaldan azad edilib

Bu şəhər işğaldan azad edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Xerson vilayətinin Nova Kaxovka şəhərindən çıxdığını bildirib.

Oxu24.com xəbər verir ki, bu barədə Baş Qərargahın günün digər hərbi hadisələri ilə birlikdə axşam xülasəsində deyilib.

Bildirilib ki, şəhəri tərk edən hərbçilər çəkilərkən yerli sakinlərdən “böyük sayda məişət və elektron texnikanı, zinət əşyalarını, geyim elementləri və mobil telefon” götürüb.

Xatırladaq ki, ötən il noyabrın 11-də Ukrayna ordusu sözügedən vilayətin mərkəzini – Xerson şəhərini işğaldan azad edib. Bu, Rusiya ordusunun hazırda gedən müharibədə ən böyük məğlubiyyətlərindən biri hesab edilir. Mərkəzi şəhərdən çəkilən rusiyalılar yaşayış məntəqəsinin infrastrukturunu, o cümlədən enerji və su təminatını dağıdıb, Xerson İES, teleqüllə və s. strateji obyektlər məhv edilib.