Ukrayna hərbi pilotları avqust, yaxud sentyabr ayından etibarən “F-16”-larda təlim keçməyə başlayacaqlar.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib.
O, qeyd edib ki, hər şey qrafik üzrə getsə, yalnız gələn ilin birinci rübünün sonlarında, yəni təxminən mart ayında Ukrayna pilotlarının idarə etdiyi “F-16”-lar Ukrayna səmasında uçmağa başlayacaqlar.
Nazir bildirib ki, “F-16”-ların gətirilməsi yalnız pilotların hazırlanmasından asılı deyil. Onun dediyinə görə, Ukrayna tərəfi sözügedən təyyarələrə xidmət göstərəcək digər mütəxssislərin də hazırlanması prosesini sürətləndirməyə çalışacaq.
Follow @7timesaz