Dünya

Bu tarixdən tez sülh olmayacaq – Rusiyalı milyarder

Bu tarixdən tez sülh olmayacaq – Rusiyalı milyarderbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada mayın 25-dən əvvəl sülh gözlənilmir.

7Times.az  xəbər verir ki, bu barədə rusiyalı iş adamı, milyarder Oleq Deripaska öz Teleqram kanalında yazıb.

O xatırladıb ki, Dünya İqtisadi Forumu Davosda öz işinə başlayır və əsas mövzu Yaxın Şərq və Ukraynada sülhə dair danışıqlar olacaq.

Deripaska vurğulayıb ki, ABŞ forumda ən yüksək səviyyədə təmsil olunacaq – Dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan iştirak edəcək.

Eyni zamanda, milyarder Rusiya nümayəndə heyətinin olmadığı üçün Ukraynadakı vəziyyətlə bağlı söhbətin konstruktiv nəticə verməyəcəyindən təəssüfləndiyini bildirib.

“Biz mayın 25-dən əvvəl sülhü gözləməli deyilik. Gündəmdə həmçinin Qəzza zolağında münaqişə var. Onun həlli üçün ABŞ, BƏƏ, Qətər və İsrail müzakirə aparacaq”, – o qeyd edib.

Axar.az