Dünya

Bu, Trampın Ukraynaya iyrənc xəyanətidir – ABŞ senatoru

Bu, Trampın Ukraynaya iyrənc xəyanətidir – ABŞ senatorubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Ukrayna haqqında yalan məlumatlar səsləndirir və bu, Putinə təslim olmaq kimi görünür.

7Times.az xəbər verir ki, bunu ABŞ Senatının demokrat üzvü Riçard Blumental “Foks Nyus”a deyib.

“O, hansı dünyada yaşayır? Bu, nəinki faktlara, həqiqətə ziddir, həm də son dərəcə iyrəncdir. Bu, azadlıq uğrunda qan axıdan, döyüşən, canından keçən bir ölkəyə qarşı iyrənc xəyanətdir”, – senator bildirib.

Blumental vurğulayıb ki, ukraynalılar döyüş meydanında təkcə öz azadlıqlarını deyil, həm də Amerikanın azadlığını müdafiə edirlər:

“Ona görə də Ukraynanın mübarizəsi bizim mübarizəmizdir”.

Axar.az