“Rusiya Prezidenti Vladimir Putinin açıqlamaları ciddi qəbul edilməlidir”.
7Times.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Gillina Kiqan məlumat verib. O bildirib:
“Açığı bu ciddiyə almalı olduğumuz məsələdir. Çünki vəziyyəti Putin idarə edir. Lakin həqiqətən Putinin nəzarətdə olduğundan əmin deyiləm. Bu, açıq şəkildə gərginliyi artırmaq üçün edilən həmlədir. Bu ürpədici təhdiddir”.
Qeyd edək ki, Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min hərbçi orduya çağrıla bilər.
Follow @7timesaz