Aktual

Buça meri: “İşgəncələrlə öldürülmüş 163 nəfərin kimliyi müəyyən edilib”

Buça meri: “İşgəncələrlə öldürülmüş 163 nəfərin kimliyi müəyyən edilib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın azad edilmiş Buça şəhərində öldürülmüş 163 nəfərin kimliyi müəyyən edilib.

Buça meri Anatoli Fedorukun sözlərinə görə, bu rəqəm şəhərdə qətlə yetirilmiş insanların ümumi sayının təxminən yarısına bərabərdir.

“Bu günə qədər biz 163 nəfərin kimliyini müəyyənləşdirə bilmişik. Bunlar şəhərimizin rusiyalılar tərəfindən öldürülmüş, vəhşicəsinə işgəncələrə məruz qalmış vətəndaşlarıdır. Biz onların soyadlarını, adlarını, atalarının adını, harada yaşadıqlarını bilirik”, – deyə şəhər meri bildirib.

Qeyd edək ki, indiyə qədər Buça şəhərində 320 dinc sakinin cəsədi aşkarlanıb.