“Vaxtilə “Milyonçu” şousunu apardım həyatımda heç nə dəyişmədi. “Maska”da Qəlyandan (şouda canlandırdığı obraz – red.) sonra nə dəyişəcək?”.
7Times.az xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam “Cümə axşamı” proqramında deyib. O, qatıldığı “Maska” şousundan danışıb.
A.Axşam verilişlərin izlənməməsindən söz açıb:
“Vacib olan odur ki, verilişin tamaşaçısı səviyyəli olsun. Elə veriliş olmalıdır ki, ona baxanlar anlayan olsun. Əvvəl deyirdilər tamaşaçının gözü tərəzidir. Təəssüf ki, indi həmin tərəzi gözü olanlar efirə baxmır. Nəyi versən, kimi göstərsən baxırlar. Tamaşaçı qınağı yoxdur. Tamaşaçı qüvvəsi gözəldir.
Çox peşmanam ki, peşəkaram. Bunun peşmanlığını hiss etdim”.
Axşam.az
Follow @7timesaz