“Zalsburq” (Avstriya) “Qarabağ”ın forvardı Musa Qurbanlını transfer etmək niyyətindədir.
Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi yayda heyətini yeni hücumçu ilə gücləndirmək istəyir və namizədlər arasında Musa
Qurbanlı da var. Bu barədə “Laola1.at” məlumat yayıb.Ağdamlıların baş məşqçisi Qurban Qurbanovun oğlu olan 21 yaşlı hücumçu ötən mövsüm Premyer Liqada 32 oyunda 21 qol vurub, 7 məhsuldar ötürmə edib.
Follow @7timesaz