“Ştutqart”ın hücumçusu Seru Qirassi Bundesliqadakı qol yarışında rəqibi haqqında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Bundesliqanın mətbuat xidməti qvvineyalı futbolçunun dediklərini belə çatdırıb.
“Keyni daim izləyirəm. Düşünürəm ki, o, daha yaxşıdır. Onun oyun tərzini bəyənirəm. Keyn həm komanda yoldaşlarına kömək etməyi, həm də təkbaşına qol vurmağı bacarır. Mən “Renn”də olanda ona qarşı oynamışam və hətta forma dəyişdirmişik. Harri yaxşı oğlandır”.
Qirassi hazırda 10 qolla Almaniya Bundesliqasında ən yaxşı snayperlər siyahısına başçılıq edir. İkinci pillədə qərarlaşan “Bayern Münhen”in forvardı Harri Keynin hesabında isə 7 qol var.
Follow @7timesaz